AZ

Tramp Nyu-Yorka maliyyə dəstəyini azaltmaqla hədələyir

BAKI, 4 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Nyu-York meri seçkilərində Demokratlar Partiyasının namizədi Zoxran Mamdani qalib gələcəyi halda şəhərə federal maliyyə dəstəyini azalda bilər.

Teleqraf xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, “əgər kommunist namizəd Zoxran Mamdani qalib gələrsə, Nyu-Yorka yalnız zəruri minimum həcmdə vəsait ayrılacaq”.

“Əgər Mamdani qalib gələrsə, bu bir vaxtlar böyük olan şəhərin uğur qazanmaq, hətta yaşamaq şansı belə olmayacaq. Onun rəhbərliyi ilə vəziyyət yalnız pisləşəcək”, - deyə Tramp qeyd edib.

O, həmçinin bildirib ki, Mamdaninin prinsipləri “min ildən çoxdur sınaqdan keçir, amma heç vaxt uğur gətirməyib”. Respublikaçı lider seçiciləri Nyu-Yorkun sabiq qubernatoru Endrü Kuomoya səs verməyə çağırıb. Kuomo hazırda mer seçkilərinə müstəqil namizəd kimi qatılır.

“Kommunist, təcrübəsiz və uğursuz bir namizəd əvəzinə, təcrübəli bir demokratın qalib gəlməsini üstün tutaram”, - Tramp əlavə edib.

Seçilən
101
teleqraf.com

1Mənbələr