AZ

Peru Meksika ilə diplomatik münasibətləri kəsdi

BAKI, 4 noyabr. TELEQRAF

Peru hökuməti Meksika ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Uqo de Sela mətbuat konfransında məlumat verib.

Nazirin sözlərinə görə, qərarın səbəbi Meksikanın Perudakı səfirliyində sabiq baş nazir Bettsi Çavesə sığınacaq verməsidir. O, 2022-ci ilin dekabrında baş vermiş çevriliş cəhdində iştirakda ittiham olunur.

“Bu dostluqdan uzaq addım, eləcə də Meksikanın hazırkı və keçmiş prezidentlərinin dəfələrlə ölkəmizin daxili işlərinə müdaxiləsi nəzərə alınaraq, Peru hökuməti Meksika ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib”, - Sela bildirib.

Seçilən
105
teleqraf.com

1Mənbələr