AZ

Türkiyə Superliqası: Üç oyunda iki qol

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyə Superliqasında 11-ci turun üç oyunu keçirilib.

İdman.Biz bildirir ki, “Rizespor” öz meydançasında “Fatih Karagümrük” qəbul edib.

Oyun 1:0 meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Yeganə qolu 83-cü dəqiqədə Atilla Moçi vurub.

“Rizespor” 13 xalla 11-ci yerdədir. Sonuncu yerdə qərarlaşan “Fatih Karagümrük”ün 4 xalı var.

Turun digər oyununda “Eyüpspor” “Antalyaspor”u qonaq edib. Bu görüşdə qonaqlar 79-cu dəqiqədə Yohan Bolinin vurduğu qol ilə minimal hesabla qalib gəliblər.

“Eyüpspor” 8 xalla 17-ci yerdədir. “Antalyaspor” 13 xalla 12-cidir.

“Alanyaspor” – “Qaziantep” oyununda isə hesab açılmayıb.

“Alanyaspor” 14 xalla 8-ci, “Qaziantep” isə 18 xalla 6-cıdır.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
icma.az

2Mənbələr