AZ

Ukraynanın müdafiə naziri NATO nümayəndə heyəti ilə görüşüb

BAKI, 4 noyabr. TELEQRAF

Ukraynanın müdafiə naziri Denis Şmıqal NATO nümayəndə heyəti və alyansdakı ABŞ səfiri Metyu Uitakerlə görüş keçirib.

Teleqraf xəbər verir ki, bu barədə nazir özünün “Telegram” hesabında məlumat verib.

Görüş zamanı tərəflər Ukraynanın qarşıdakı qış mövsümü üçün ehtiyacları, həmçinin pilotsuz uçuş aparatları və raketlərə qarşı hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi yollarını müzakirə ediblər.

Şmıqal qeyd edib ki, NATO nümayəndələri ilə keçirilən görüş “vacib və məzmunlu” olub və əsas mövzu Ukraynanın qışa hazırlığı məsələləri təşkil edib.

Seçilən
72
teleqraf.com

1Mənbələr