“Bavariya”nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda PSJ ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında çıxış edib.
90deqiqe.Az xəbər verir ki, alman qolkiper jurnalistlərə bunları deyib.
“Biz qorxmuruq, əksinə, PSJ-yə qarşı oynamaqdan zövq alırıq. Bu, çox güclü komanda və peşəkar məşqçilər heyətinə malikdir. Onlar ötən mövsüm Çempionlar Liqasını qazanmağa tam layiq idilər. Rəqibin əks-hücumları və uzaq məsafədən zərbələri çox təhlükəlidir. PSJ çox keyfiyyətli oyunçulardan qurulmuş komandadır”
Qeyd edək ki, “Bavariya” – PSJ oyunu noyabrın 4-də keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.