AZ

Qətər Avropanı qaz ixracını dayandırmaqla hədələyib

Qətər Avropa İttifaqının CSDDD (Corporate Sustainability Due Diligence Directive) adlı təchizat zəncirlərinin yoxlanmasına dair direktivi yumşaltmadığı təqdirdə, mayeləşdirilmiş təbii qaz ixracını dayandıra biləcəyi barədə xəbərdarlıq edib.

Bu barədə Qətərin energetika naziri və QatarEnergy şirkətinin rəhbəri Saad Şeridə əl-Kaabi ADIPEC konfransında çıxışı zamanı bildirib.

“Əgər Avropa doğrudan da bu direktivin necə yumşaldıla biləcəyini və ya ləğv ediləcəyini nəzərdən keçirməsə və enerji sektorunda ümumi qlobal dövriyyənin 5 faizi həcmində cərimə tətbiq etməkdə davam etsə, biz Avropaya LNG tədarük etməyəcəyik. Bu, qəti qərardır”, – Nazir qeyd edib.

MənbəAPA
Seçilən
25
5
banker.az

6Mənbələr