AZ

Bu avtobuslar yenilənməsə, marşrut xətti müsabiqəyə çıxarılacaqVİDEO

8-ci kilometr bazarından Sabunçu rayonu, Ramana qəsəbəsi, “Gülçülük sovxozu” adlanan əraziyə hərəkət edən 166 nömrəli marşrut xəttindəki avtobuslardan sakinlər narazıdırlar.

Xezerxeber.az-ın məlumatına görə, onlar bildirirlər ki, pik saatlarda avtobuslarin intervalı 30-40 dəqiqə, hətta bəzən 1 saat olur.

Sakinlərin sözlərinə görə, bu vəziyyət həm uşaqlara, həm də böyüklərə çətinliklər yaradır.

Sürücülər isə gecikmənin səbəbi kimi tıxacları göstərirlər.

Qeyd edək ki, 166 nömrəli marşrutdakı avtobus şüşələri sınıq formada sərnişin daşıdığı videogörüntüləri bir neçə gün öncə sosial şəbəkələrdə müzakirələrə də səbəb olmuşdu.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, daşıyıcıya xəttin nizamlı fəaliyyəti və avtobus parkının yenilənməsi ilə bağlı tapşırıq verilib. Tədbir görülməyəcəyi təqdirdə marşrut xətti müsabiqəyə çıxarılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
90
xezerxeber.az

1Mənbələr