Cənubi Azərbaycan təmsilçisi "Traktor" Asiya Çempionlar Liqasının əsas mərhələsində 4-cü turun matçına çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, Təbriz təmsilçisi öz meydanında "Əl-Şorta" (İraq) ilə üz-üzə gəlib.
Görüş “Traktor”un böyük qələbəsi ilə başa çatıb – 1-0.
Ardıcıl ikinci qələbəsini qazanan “Traktor” 8 xalla turnir cədvəlində 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, turnir cədvəlində 12 komanda mübarizə aparır.