AZ

UNESCO 15 dekabrı Dünya Türk Dili Ailəsi Günü elan edib

Sia Az saytından verilən məlumata görə, ain.az xəbər verir.

15 dekabr tarixi UNESCO tərəfindən Dünya Türk Dili Ailəsi Günü elan edib.

SİAxəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosail media hesabında açıqlayıb.

Nazir bildirib ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Baş Konfransında qəbul edilən qərar Türkiyənin qardaş türk dövlətləri ilə birlikdə hazırladığı və 26 ölkənin birgə təqdim etdiyi ortaq təşəbbüsdür.

“Türk dillərinin tanıdılmasını artıran bu tarixi addım ortaq yaddaşımız olan türk dilinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində beynəlxalq əməkdaşlığı daha da gücləndirəcək. Əməyi keçən hər kəsi təbrik edirəm. 15 dekabr -Dünya Türk Dili Ailəsi Günü bütün bəşəriyyətə ərməğan olsun” - deyə Ersoy qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
7
sia.az

8Mənbələr