AZ

Dambrauskas: “Şadam ki, qapımızı toxunulmaz saxladıq”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Masazırda baş tutmuş oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Valdas Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Qələbə münasibətilə azarkeşlərimizi və rəhbərliyimizi təbrik etmək istəyirəm. Çox çətin oyun alındı. Döyüşkən komandaya qarşı oynadıq. Sürətli futbolçulara sahib komanda ilə oynamaq bizim üçün çətin oldu. İlk hissədə çox təhlükəli vəziyyətlər yaratdılar. Rəqibi qapımızdan daha uzaq saxlamağa çalışırdıq. Çox şadam ki, bu oyunda qapımızı toxunulmaz saxladıq və 3 xal əldə etdik. Qarşıda hələ çox oyunumuz var. Zamanla daha yaxşıya doğru dəyişəcəyimizə inanıram”.

Dambrauskas Aleksey İsayevin uzun fasilədən sonra yenidən meydana çıxmasına da münasibət bildirib:

“Əlbəttə, Alekseyin yenidən bizimlə olması məni sevindirir. Onun üçün zədədən geri dönməsi bir qədər çətin oldu. Təbii ki, biz istərdik ki, o, matç zamanı ara ötürmələr versin, əvvəlki formasına yavaş yavaş qayıtsın. Hələ istədiyimiz durumda olmasa da, məşqlərdə həvəsli olması, tapşırıqları yerinə yetirməsi irəliyə doğru daha yaxşı olacağına ümidimizi artırır”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
26
1
arena.az

2Mənbələr