AZ

Azərbaycan Rəssamlıq Akademiyasında italyan heykəltaraşla görüş

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunan “Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində italyan heykəltaraş Cüzeppe Karta Azərbaycan Rəssamlıq Akademiyasında qonaq olub.

Akademiyanın rektoru Xalq rəssamı, professor Natiq Əliyev qonaqla görüşdə Azərbaycan-İtaliya mədəni və incəsənət əlaqələrinin əhəmiyyətini vurğulayıb. Rektor həmçinin Cüzeppe Kartanın yaradıcılıq yolu və uğurları haqqında danışaraq belə tədbirlərin tələbələrin yaradıcılıq inkişafına və beynəlxalq əməkdaşlığa töhfə verdiyini vurğulayıb.

Beynəlxalq əlaqələr üzrə prorektor Xalq rəssamı, professor Səlhab Məmmədov, elmi və yaradıcılıq işləri üzrə prorektor Xalq rəssamı, professor Fuad Salayev da incəsənət sahəsində beynəlxalq əməkdaşlığın vacibliyindən, bu cür görüşlərin önəmindən bəhs ediblər.

Qonaq qarşılanmaya görə təşəkkürünü bildirərək öz təəssüratını bölüşüb.

Cüzeppe Karta akademiyanın muzey-sərgi kompleksinin daimi ekspozisiyası ilə tanış olub.

Tədbirdə heykəltaraşın yaradıcılığı haqqında “Təbiət heç vaxt düşmən deyil” adlı videoçarx nümayiş olunub.

Mühazirə zamanı Cüzeppe Karta şəxsi yaradıcılıq təcrübəsindən danışaraq keçdiyi yol barədə geniş məlumat verib. O, həm musiqiçi, həm rəngkar, həm də heykəltaraş kimi fəaliyyətindən, istifadə etdiyi üslub və texnikalardan bəhs edərək dinləyiciləri məlumatlandırıb.

Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrinin əl işi olan xalça Cüzeppe Kartaya hədiyyə olunub.

Qonaq qarşılığında öz əsərlərindən ibarət kataloqu rektora təqdim edib.

Sonda xatirə fotosu çəkdirilib.

Seçilən
10
5
tehsil.biz

6Mənbələr