Yazını böyüt 
Yazını kiçilt 
Sumqayıtda yanğın hadisəsi olub.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd məişət avadanlığı və 1 paq.m mətbəx mebeli yanıb.
Yüksək temperaturdan lambirdən ibarət tavanı 1,5 m² sahədə əriyib, soyuducu qismən qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.