"Football-plus.az" xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze oyunsonrası mətbuat konfransında çıxış etdi:
"Oyunuçularıma göstərdikləri oyuna görə təşəkkür edirəm. Son matçlarda bəxtimiz gətirmir. Əminəm ki, qarşıdakı oyunlarda bəxt də gətirəcək. İlk hissədə standart vəziyətdən bir səhvdən qol buraxdıq. İkinci hissədə isə daha yaxşı oyun göstərdik. Futbolçular xarakter göstərdi. İlk hissənin əvvəlində bu xarakteri göstərə bilsəydik, başqa cür ola bilərdi. Biz yaxşı oyun göstəririk. Buna görə də nəticənin daha yaxşı olacağına inanıram. Son olaraq da "Sabah"ı qələbə münasibətilə təbrik edirəm."