AZ

Rəsmi Bakıdan UNESKO-nun bu qərarına REAKSİYA

Azərbaycan Xarici İşlər Nazirliyi UNESKO-nun 15 dekabrı “Dünya Türk Dilləri Ailəsi Günü” elan etməsini alqışlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib.

“Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESKO-nun 43-cü Baş Konfransında qəbul edilən tarixi qərara əsasən, 15 dekabr “Dünya Türk Dilləri Ailəsi Günü” elan olunub. Bu tarix, Orxon-Yenisey abidələrinin – bütün türk dillərinin ortaq köklərini və paylaşılmış tarixi irsini əks etdirən ən qədim yazılı abidələrin oxunmasının ildönümünə təsadüf edir. Pepperoni pizza

Azərbaycan bu mühüm qərarı zəngin dil irsimizin qeyd olunması, qlobal mədəni müxtəlifliyin təşviqi və Türk dünyası daxilində əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində əlamətdar addım kimi alqışlayır”, – məlumatda qeyd olunub.


Telegram kanalımız
Seçilən
27
15
yenisabah.az

10Mənbələr