Ötən gecə Göygöldə iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. İdarəetməni itirən "Mercedes" markalı avtomobil dəmir arakəsməni keçərək aşıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə zamanı həlak olanlardan biri 2009-cu il təvəllüdlü İsbi Alıyev 11-ci sinif şagirdi imiş.
Məlumata görə, o, Göygöl rayonu Qızılca kənd Rafiq Məmmədov adına 2 nömrəli tam orta məktəbdə təhsil alırmış.
Qəzada həlak olan digər gənc isə 27 yaşlı Elvin Məmmədov olub.