AZ

Tedesko derbidə qələbə qolunu furan futbolçuya jest etdi

"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesko "Beşiktaş" derbisində səfərdə qələbə qolunu vuran Con Durana jest edib. Metbuat.az xəbər verir ki, derbidən sonra futbolçular idman zalında əsas məşqlər həyata keçirib. Daha sonra futbolçular meydanda isinmə hərəkətləri, ötürmə hərəkətləri və fərdi məşqlər edib. Bildirilir ki, "Beşiktaş" matçında 45 dəqiqədən çox oynayan oyunçular istirahət ediblər.

“Fanatik” qəzetinin məlumatına görə, Tedesko, "Fənərbaxça"nın 3-2 hesabı ilə qələbə qazandığı “Beşiktaş”la oyunda qələbə qoluna imza atan Con Durana təşəkkür jesti edib. O, kolumbiyalı hücumçuya xüsusi məzuniyyət verib. Con Duran növbəti məşqdə komanda ilə birlikdə çalışacaq.

Seçilən
1
2
metbuat.az

3Mənbələr