AZ

Mingəçevirdə yük maşını minik avtomobili ilə toqquşdu - Xəsarət alanlar var

MİNGƏÇEVİR, 3 noyabr. TELEQRAF

Mingəçevirdə yük maşını minik avtomobili ilə toqquşub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə şəhərin "Kür çayının sağ sahili" deyilən ərazisində baş verib.

"Vaz 21015" və "Kamaz" markalı yük maşınının toqquşması nəticəsində xəsarətlər alan - 1966 -cı il təvəllüdlü Məmmədov Nağı Həsən oğlu və 1970-ci il təvəllüdlü Xasməmmədov Elçin Əziz oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparıllr

Seçilən
62
1
teleqraf.com

2Mənbələr