AZ

Orban: “Macarıstan Ukraynanı maliyyələşdirməyə borclu deyil”

Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, ölkəsi Ukraynanı mənəvi, siyasi və iqtisadi baxımdan maliyyələşdirməyə borclu deyil.

Doğru.az xəbər verir ki, Orban Ukraynanın münaqişəni davam etdirmək üçün 400 milyard dollara ehtiyacı olacağı ilə bağlı yayılan məlumatları xatırladaraq bildirib:

> “Bunun üçün Avropanın ödəyəcəyi gözlənilir. Heç kim bu xərcləri öz üzərinə götürmək istəmir. Ona görə də Brüssel bu qədər həyəcanlıdır… Macarıstanın Ukraynanı maliyyələşdirmək öhdəliyi yoxdur. Bizim bunu etmək üçün heç bir səbəbimiz yoxdur: nə siyasi, nə iqtisadi, nə də mənəvi.”

 

RİA Novosti Orbandan sitat gətirir ki, o, Avropanın bu istiqamətdə atdığı addımların qeyri-məntiqli olduğunu vurğulayıb.

Bundan əvvəl Rusiya “Ukrayna üçün körpü krediti” ideyasına görə Qərbi tənqid etmişdi. Bu arada, Avropa Komissiyası Kiyevin 2025-ci ilin sonuna qədər dondurulmuş Rusiya aktivləri hesabına 150 milyard avro kredit alacağını gözlədiyini bildirib.

DOĞRU.AZ

Seçilən
33
1
dogru.az

2Mənbələr