AZ

Ukraynadakı müharibə dalana dirənib

NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone BBC-yə verdiyi müsahibədə Ukraynadakı döyüşlərin dalana dirəndiyini bildirib. O, əlavə itkilərin qarşısını almaq üçün danışıqların vaxtının çatdığını vurğulayıb.

Admiral Draqone qeyd edib ki, NATO davamlı sülh əldə olunana qədər Ukraynanı dəstəkləməyə davam edəcək.

Admiral Draqone həmçinin Avropanın öz müdafiəsinin vacibliyini vurğulayıb. O, qeyd edib ki, NATO-nun prioriteti hava hücumundan müdafiədir və yaxın aylarda blokun şərq sərhədlərində “pilotsuz hava divarı” yaradıla bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
63
editor.az

1Mənbələr