AZ

"Qarabağ" - "Çelsi" oyunu üçün biletlər “qara bazar”da dəyərindən üç dəfə baha satılırVİDEO

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Çelsi" oyununa biletlər satışa çıxdığı an bitdi. Bu gün isə oyununun biletləri “qara bazar”da iki-üç dəfə baha satılır.

Xezerxeber.az-ın məlumatına görə, saniyələr ərzində minlərlə biletin satıldığı deyilir. Bir neçə saat ərzində isə bütün yerlər doldu.

Azərkeşlər biletlərin “qara bazar”da baha olduğunu, ona görə də oyuna gedə bilməyəcəklərini deyirlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirildi ki, neqativ hallara qarşı polis tərəfindən tədbirlər görülür.

Qeyd edək ki, “Qarabağ"ın Çempionlar Liqasında növbəti oyunu "Çelsi"yə qarşı olacaq. Oyun noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
75
50
xezerxeber.az

10Mənbələr