AZ

A Seriyası klubu De Rossi ilə anlaşdı

Sportal.az saytına istinadən ain.az xəbər verir.

İtaliyanın "Cenoa" klubunun yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi Daniele De Rossi ilə razılıq əldə edib. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

48 yaşlı mütəxəssis "Boka Xuniors"la "River Pleyt" arasında keçiriləcək oyunu izləmək üçün Argentinaya planlaşdırdığı səfəri təxirə salıb. Təyinatın yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, "Cenoa" Patrik Vieyra ilə yollarını ayırıb. De Rossinin son iş yeri isə "Roma" olub.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
5
sportal.az

6Mənbələr