Belçikadakı hərbi hava bazasında daha dörd dron aşkar edilib
Bildirilib ki, dünən axşam Belçikadakı Kleine Brogel Hərbi Hava Bazasında 4 dron müşahidə edilib, 1 noyabr gecəsi isə 3 dron fəaliyyəti aşkar edilib.
Belga xəbər agentliyinin məlumatına görə, hərbi hava bazasının yerləşdiyi Peer Bələdiyyəsinin meri Stiven Matei, Müdafiə Nazirliyinin və polisin dünən saat 19:00 radələrində bazanın üzərində dörd dron fəaliyyəti aşkarladığını təsdiqlədi.
Matei həmçinin bildirib ki, dronlar aşkar edildikdən sonra federal polis helikopteri onları təqib etmək üçün havaya qalxıb və dronlar Hollandiyaya doğru yoxa çıxıb.
Belçikanın müdafiə naziri Teo Franken, 1 noyabr gecəsi həm milli, həm də NATO əməliyyatları üçün istifadə edilən Kleine Brogel Hərbi Hava Bazasında üç dron fəaliyyəti aşkarlandığını açıqladı.
Franken dedi: "Onlar casusluq məqsədi ilə gəlirlər. Onlar F-16-ların harada olduğunu, sursatın harada olduğunu və digər strateji elementlərin harada olduğunu görmək istəyirlər."
Belçikada dron fəaliyyəti artır
3 oktyabrda Belçikadakı Elsenborn Hərbi Təlim Düşərgəsi üzərində dron fəaliyyəti aşkar edilib və Müdafiə Nazirliyi araşdırmaya başlayıb.
Düşərgə üzərində dronların aşkarlanmasından sonra Franken bu il 2026-cı il üçün planlaşdırılan bəzi müdafiə tədbirlərinə başlayacağını açıqlayıb.
25 oktyabrda Vallon bölgəsinin Marke-en-Famenn şəhərindəki Kral Albert Hərbi Bazası üzərində ən azı dörd dron aşkar edildiyi bildirilib.
Ölkəsində dron fəaliyyətinin artmasından sonra Franken dron əleyhinə sistemlərin inkişaf etdirilməsi və hərbi obyektlərin qorunmasını gücləndirmək üçün yeni bir plan təqdim edəcəyini bildirib.
"Plan hazırdır: dronların aşkarlanması və məhv edilməsi üçün 50 milyon avro", - deyə Franken bildirib və əlavə edib ki, bu plan təcili tədbirlər paketinin bir hissəsi olacaq.
aia.az
Tərcümə şöbəsi