Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Avropanın nəhəng klubları gənc istedadın transferi uğrunda yarışa girir.
Fanat.Az xəbər verir ki, "365 Scores" nəşrinin məlumatına görə, “Real Madrid”, “Çelsi” və “Mançester Yunayted” “Zalsburq”un parlayan ulduzu Kerim Alajbeqoviçi yaxından izləyir.
Bu mövsüm Avstriya klubunun heyətində 11 oyuna 4 qol vuran 19 yaşlı hücumçu bir çox skautların diqqətini cəlb edib. Gözlənilir ki, yanvar transfer pəncərəsində futbolçu üçün klublar arasında real hərəkətlilik baş versin.
“Zalsburq” gənc oyunçunun inkişafını prioritet sayır və onu yalnız yüksək məbləğdə təklif gəldiyi halda satmağı planlaşdırır.
Kamil Xudiyev
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.