Göygöldə iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xezerxeber.az-ın məlumatına görə, Qəza Bakı-Qazax avtomobil yolunun Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İçərisində 4 nəfər olan minik maşını sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq dəmir maneəyə çırpılıb, daha sonra yol kənarındakı dərəyə aşıb. Nəticədə 27 yaşlı sürücü Elvin Məmmədov və 26 yaşlı sərnişin Vüqar Alıyev hadisə yerində ölüb.
Maşında olan digər iki nəfər yeniyetmə müxtəlif bədən xəsarətləri ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, aşan avtomobil Şəmkir rayonunda yerləşən duracağa aparıldıqdan sonra yanıb.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.