AZ

Neftçi nin müdafiəçisi üçün 200 cü oyun

ain.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

Elvin Bədəlov Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü oyununu keçirib.

Sportal.az xəbər verir ki, “Neftçi”nin müdafiəçisinin yubileyi Misli Premyer Liqasının X turuna təsadüf edib. 30 yaşlı müdafiəçi “Kəpəz”lə ev görüşündə (5:1) forma geyinib.

O, Premyer Liqadakı 200 matçda 3 qola imza atıb. Elvinin debütü 2013/14 mövsümündə “Neftçi”nin heyətində gerçəkləşib. O, “ağ-qaralar”ın heyətində 51 (1 qol), “Sumqayıt”da 149 (2 qol) oyun keçirib.

Bədəlov turnirin tarixində 200 və daha çox matça çıxan 157-ci futbolçudur. O, buna cari mövsümdə nail olan ikinci oyunçudur. Filip Ozobiç də “200”ü mövsümün gedişində arxada qoyub.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
11
sportal.az

10Mənbələr