AZ

Türkiyədə 27 yaşlı azərbaycanlı sevgilisini 75 bıçaq zərbəsi ilə qətlə yetirdi

Türkiyənin Bursa vilayətinin Yıldırım rayonunda Rusiya vətəndaşı olan Arzu Xəlilova adlı qadın azərbaycanlı sevgilisi tərəfindən qətlə yetirilib.

Oxu.Az bu barədə "Milliyet" qəzetinə istinadən xəbər verir.

Bildirilir ki, 27 yaşlı S.M. 20 yaşlı sevgilisinə 75 bıçaq zərbəsi vurub. pizza

Hadisə cütlük arasında yaranan mübahisə əsnasında baş verib. Evdə sevgilisini öldürən şəxs polis tərəfindən saxlanılıb.

Ağır yaralanan Xəlilova xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Fakt üzrə təhqiqat başlayıb.


Telegram kanalımız
Seçilən
47
2
yenisabah.az

5Mənbələr