Hazırda ölkəmizdə icra başçısı olmayan rayonların sayı 4-dür. Bunlar Balakən, Qax, Bakı şəhərinin Nəsimi və Naxçıvan Muxtar Respublikasının Culfa rayonlarıdır. Bunlarla yanaşı, bir neçə şəhər və rayonda icra başçısının müavini vəzifəsi də boşdur.
Publika.az Unikal.az-a istinadən xəbər verir ki, aşağıdakı şəhər və rayonlarda icra başçılarının müavini vəzifələri vakantdır:
Şəki Şəhər İcra Hakimiyyəti - başçının birinci müavini və başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri
Yevlax Şəhər İcra Hakimiyyəti - başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri
Mingəçevir Şəhər İcra Hakimiyyəti - başçının birinci müavini