AZ

Ermənistandan Gürcüstana zərbə: Tbilisi qisas alacaqmı?

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Gürcüstan Parlamentinin vitse-spikeri Nino Tsilasuni Avronest Parlament Assambleyasının Gürcüstanla bağlı qətnaməsini imzalayanlar arasında erməni deputatların da olmasından təəssüfləndiyini bildirib.

“Cebheinfo.az”-ın məlumatına görə, vitse-spiker jurnalistlərə açıqlamasında belə deyib. 

Tsilasuni bildirib ki, sənədi imzalayan erməni deputatlar Nikol Paşinyana etimadsızlıq nümayiş etdiriblər. 

“Ermənistan parlamentinin üzvləri Gürcüstan hökumətinin qeyri-legitim elan edilməsi ilə bağlı qətnaməni dəstəkləməklə Baş nazirlərinə qarşı etimadsızlıqlarını ifadə ediblər. Çünki Ermənistanın Baş naziri Gürcüstana rəsmi və işgüzar səfərlər edib və xalq tərəfindən seçilmiş hökumətlə görüşüb”, - deyə Tsilasuni bildirib.O, Avronest Parlament Assambleyasının İrəvanda keçirilmiş son plenar iclasında qəbul edilmiş qətnamənin mənasız və məzmunsuz olduğunu vurğulayıb. 

Sənəddə ötən il oktyabrın 26-da Gürcüstanda keçirilmiş parlament seçkiləri “saxta”, hökumət isə “özünü elan etmiş” adlandırılıb.

Buna cavab olaraq, Gürcüstan nümayəndə heyəti Avronest Parlament Assambleyasının gələcək sessiyalarında iştirak etməkdən imtina etdiyini açıqlayıb. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr