AZ

Meydana gec dönəcək

Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Liverpul”un ötən həftə zədələnən futbolçusu Ceremi Frimponq bir müddət komandasına kömək edə bilməyəcək."Football-plus.az" xəbər verir ki, niderlandlı müdafiəçi təxminən 5-6 həftə yaşıl meydanlardan kənarda qalacaq. 24 yaşlı futbolçu Çempionlar Liqasının “Ayntraxt”la səfər oyununda (5:1) ayaq əzələsindən xəsarət almışdı. Frimponq bu səbəbdən premier-liqada “Aston Villa”, “Mançester Siti”, “Nottingem Forest”, “Vest Hem”, Çempionlar Liqasında isə “Real” və PSV-yə qarşı keçiriləcək oyunları buraxacaq.O, İngiltərə klubuna mövsümün əvvəlində “Bayer-04”dən 40 milyon avroya transfer olunub. Komanda ilə 9 oyuna çıxaraq 1 qol vurub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
icma.az

2Mənbələr