AZ

Kirayə mənzil bazarında YENİLİK: Hansı vergi dərəcəsi tətbiq ediləcək?

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"2026-cı ildən Vergi Məcəlləsinə nəzərdə tutulan əlavə və dəyişikliklər barədə qanun layihəsi hələ rəsmi olaraq elan olunmayıb və Milli Məclisin saytında dərc edilməyib. Buna görə də bu barədə dəqiq və etibarlı məlumat vermək mümkün deyil".Bunu Demokrat.az-a açıqlamasında vergi məsələləri üzrə ekspert Anar Bayramov deyib.O, bildirib ki, mətbuatda gedən yazılara baxdıqda görünür ki, növbəti ildən mənzillərini vətəndaşlara kirayə verən şəxslərin gəlirlərindən 10% dərəcəsi ilə gəlir vergisi tutulması nəzərdə tutulur:"Bəzi ekspert açıqlamalarına əsasən, bu yazılarda elə təsəvvür yaradılır ki, 2025-ci ilə qədər mənzillərini kirayə verən şəxslər heç vergi ödəməyiblər və növbəti ildən onlara bu vergi tətbiq olunacaq. Əslində isə hazırda mövcud qanunvericiliyə əsasən fiziki şəxslər öz daşınar və daşınmaz əmlaklarını, o cümlədən mənzillərini kirayə verəndə 14% dərəcəsi ilə gəlir vergisi ödəmirlər. Sadəcə olaraq, vergi ödəyicisi olmayan mənzil sahibləri sıravi vətəndaşlardır və bu əməliyyatın statistikası və nəzarəti çətinlik yaradırdı, çünki hər bir şəxsin könüllü və intizamlı davranması tələb olunurdu".Ekspert bildirib ki, yeni qanun layihəsində məqsəd bu prosesi asanlaşdırmaqdır: "Dərəcə 14%-dən 10%-ə endirilir və mənzilini kirayə verən şəxslər ya özləri vergi ödəyicisi kimi vergilərini ödəyib bəyannamə təqdim etməli, ya da bu əməliyyatı agent vasitəsilə həyata keçirməlidirlər. Agent həmin mənzilin kirayəsindən gəlir əldə edən şəxsin adından vergini büdcəyə ödəyərək bəyannaməni təqdim etməlidir. Beləliklə, mətbuatda gedən məlumatlara əsasən, qanun layihəsində nəzərdə tutulan dəyişiklik əsasən bu istiqamətdədir".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
demokrat.az

1Mənbələr