Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Cəmiyyətdə belə bir stereotip mövcuddur ki, qadınlar münasibət qurmağa kişilərdən daha çox can atır. Lakin DatingNews.com və Kinsey İnstitutunun apardığı son araşdırmaya əsasən, əslində kişilər evliliyə qadınlardan daha tez qərar verirlər.
Qaynarinfo "CNBC Make It" nəşrinə istinadən xəbər verir.
"Belə bir stereotip formalaşıb ki, qadınlar münasibətlərə daha çox ehtiyac duyur və onlara daha tez başlamağa meyllidirlər", deyə Kinsey İnstitutunun baş elmi əməkdaşı Castin Lemiller bildirib.
Araşdırma bu fikri təkzib edib. Nəticələr göstərib ki, kişilərin 28,6 faizi partnyorla daha tez birgə yaşamağa, 18,8 faizi isə daha tez evlənməyə hazırdır. Qadınlar arasında isə bu rəqəmlər müvafiq olaraq 18,8 və 13,7 faiz təşkil edib.
Alimlərin qənaətinə görə, kişilərin bu davranışında maliyyə amili də rol oynayır – onlar münasibətlərin mərhələlərini sürətləndirməklə xərcləri azaltmağa çalışırlar. Lakin mütəxəssislər bildirir ki, məsələ yalnız iqtisadi səbəblərlə məhdudlaşmır.
"Xüsusilə heteroseksual kişilər üçün romantik münasibətlər sosial və emosional dəstəyin əsas mənbəyidir. Bu dəstək olmadıqda, onların psixoloji rifah səviyyəsi aşağı düşür”, deyə Lemiller qeyd edib.
Toronto Universitetinin psixologiya professoru və tənha insanları araşdıran Ceff Makdonald isə əlavə edib ki, qadınlar kişilərlə müqayisədə tənha olduqda özlərini daha xoşbəxt hiss edirlər:
"Qadınlar bu dəstəyi dostluq və ailə münasibətləri vasitəsilə daha asanlıqla əldə edirlər. Kişilərin isə təkbaşına bunun öhdəsindən gəlməsi adətən çətin olur".
Lemillerin sözlərinə görə, bu vəziyyətin bir səbəbi də mədəni təzyiqlərlə bağlıdır:
"Ənənəvi kişi anlayışı onların emosiyalarını ifadə etmə formasını məhdudlaşdırır. Buna görə kişilər, bir qayda olaraq, dostları ilə yaxın əlaqələr qurmağa və ya həyatlarında emosional bağlılıq yaradan digər insanlara yer verməyə meylli olmurlar".
Aydın
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.