AZ

Hakan Fidan: İsrail Qəzzaya humanitar yardımın buraxılması öhdəliklərinə əməl etmir

BAKI, 3 noyabr. TELEQRAF

İsrail Qəzzaya humanitar yardımın buraxılması ilə bağlı öhdəliklərini yerinə yetirmir.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Onun sözlərinə görə, İsrail atəşkəsi pozmağa son qoymalıdır.

"İsrail humanitar yardımın çatdırılmasını təmin etmək üçün üzərinə düşən öhdəlikləri yerinə yetirmir. İsrail təxminən 600 yardım maşını və 50 yanacaq çəninin Qəzzaya daxil olmasını təmin etməlidir. Amma açığını desəm, biz bunu görmürük", - nazir vurğulayıb.

Fidan əmindir ki, beynəlxalq ictimaiyyət İsrailə təzyiqlərini davam etdirməlidir.

Seçilən
44
1
teleqraf.com

2Mənbələr