AZ

“Kaş, yenidən Naxçıvan küçələrində trolleybuslar görünəydi” – Asim Yadigar

Bu gün maraqlı bir hadisənin ildönümüdür.

NOCOMMENT.az xəbər verir ki, Naxçıvanda da 3 noyabr 1986-cı ildə mövcud olmuş elektrikli ictimai nəqliyyat xidməti- trolleybuslar fəaliyyətə başlayıb .

20 illik fəliyyəti dövründə cəmi üç maşrut fəaliyyət olan Naxçıvan trolleybusu da 2004-ci ilin aprelində tamamilə yığışdırılır. 39 il əvvəl Naxçıvanda sevilən ictimai nəqliyyat kimi yaddaşa yazılan tralleybus bu şəhərdə heç 18 yaşına da çata bilmədi.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan MR Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Asim Yediyarlı ( Əliyev) NOCOMMENT.az-a bildirib ki, 1986-cı ilin 2 noyabrında Rusiyadan səfərdən geri dönmüşdüm. Həmin günün səhəri isə şəhərdə bir qələbəlik vardı. Naxçıvan şəhərində ilk dəfə trolleybus işləyirdi. Biz 57-ci məhəllədə yaşayırdıq, buna baxmayaraq şəhərin hər yerindən keçən trolleybusdan istifadə edə bilirdik. Trolleybus ən çox məktəbliləri sevindirirdi. Təhlükəsiz, rahat şəkildə məktəbdən evə, evdən məktəbə gedən uşaqların üzlərindəki məmnunluq hissini görməmək mümkün deyildi.

Təəssüf ki, 1990-cı ildən başlayaraq erməni təcavüzkarlarının fəaliyyəti nəticəsində Naxçıvana gələn elektrik xəttlərində tez-tez problemlər yaranırdı, bu səbəbdən də trolleybus xətləri də işləmirdi. Sonra getdikcə marşrutun hərəkəti məhdudlaşdı, sonra qismən azaldı, daha sonra isə tamamilə yığışdırıldı.

Kaş, yenidən Naxçıvan küçələrində trolleybuslar fəaliyyətə başlayaydı. Düzdür, Naxçıvanda Bakıdakı kimi tıxaclar olmasa da , amma səhər tezdən, bir də axşam saatlarında qısa da olsa sıxlıq əmələ gəlir. Düşünürəm ki, trolleybuslar yenidən öz marşurut xətlərində yenidən fəaliyyətə başlasa, o sıxlıq da olmaz, məktəblilərin gözlərində də əvvəlki sevinci hiss etmək asan olar”.

Əntiqə Rəşid

Seçilən
32
nocomment.az

1Mənbələr