AZ

TƏBİB: Oktyabrın 8 dən noyabrın 2 dək 16 min 562 nəfər qripəleyhinə peyvənd olunub

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 3 noyabr, Günel Türksoy, AZƏRTAC

Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, habelə qripin yayılmasının qarşısının alınması məqsədilə ənənəvi profilaktik və əks-epidemik tədbirlər həyata keçirilir.

Oktyabrın 8-dən noyabrın 2-dək Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində ümumilikdə 16 min 562 nəfər qripəleyhinə peyvənd olunub. Onlardan 0-17 yaş aralığı 2 min 352, 18-59 yaş aralığı 11 min 364, 60 yaş və yuxarı isə 2 min 846 nəfərdir.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən yüksəkkeyfiyyətli qripəleyhinə peyvəndlər Fransa istehsalı olan “Sanofi Pasteur” şirkətinə məxsusdur. Qripəleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilər.

Peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
8
azertag.az

8Mənbələr