Matikaşvilinin sözlərinə görə, "yaxın keçmişdə ölkəmizin atdığı addımlara görə Gürcüstan Avropadan təşəkkürdən başqa heç nəyə layiq deyil."
O, əlavə edib ki, əgər Avropa İttifaqının sabahkı hesabatı obyektiv reallığa əsaslanarsa, Gürcüstan bütün istiqamətlər üzrə yüksək qiymətə layiqdir.
"Gürcüstan yaxın keçmişdə ölkəmizin atdığı addımlara görə Avropadan təşəkkürdən başqa heç nəyə layiq deyil, baxmayaraq ki, biz ölkəmizə münasibətdə subyektivliklə dolu ikili standartları dəfələrlə görmüşük; onlar tərəqqini görmək, nəbzə əl uzadıb gürcü xalqının ürək döyüntüsünü eşitmək istəmirlər. Təəssüf ki, Gürcüstana düşmən münasibətdə olan tərəf daha qüvvətlidir. Təbii ki, hesabatın məzmununu gözləyəcəyik", - deyə Matikaşvili bildirib.