AZ

2025-ci ilin ilk 9 ayında ÜDM 1,3%, qeyri-neft sektoru isə 2,9% artıb

2025-ci ilin ilk doqquz ayında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 1,3 faiz artıb, qeyri-neft-qaz sektorundakı artım isə 2,9 faiz təşkil edib. Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.


Deputatın sözlərinə görə, qeyri-neft sektorunun artım tempi ümumi iqtisadi artımı iki dəfədən çox üstələyir və bu, sektorun iqtisadi inkişafın əsas drayverinə çevrildiyini göstərir.


Hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər 1,9 faiz azalıb, lakin qeyri-neft sahəsindəki artım hesabına ümumi iqtisadi yüksəliş qorunub saxlanılıb.


Bayramov bildirib ki, enerji sektorundakı azalma əsasən neft hasilatının azalması ilə əlaqədardır — mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,6 faiz azalıb, qaz hasilatı isə 2,8 faiz artıb.


“Bu, enerji balansında dəyişikliklərin getdiyini və qaz hasilatının artım dinamikasını qoruduğunu göstərir,” —  deputat qeyd edib.


Onun sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi və şəffaflığın artırılması istiqamətində aparılan islahatlar real sektorun inkişafı üçün yeni imkanlar yaradır.

Gülnar Nazimqızı 

Seçilən
70
1
anews.az

2Mənbələr