AZ

Nigeriya Trampın xristianlara qarşı cinayətlər barədə bəyanatınaetiraz edib

Nigeriya hakimiyyəti ABŞ prezidenti Donald Trampın ölkə haqqında səsləndirdiyi tənqidi fikirlərdən narahatlığını bildirib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, Trampın Nigeriyada xristianlara qarşı cinayətlərlə bağlı dedikləri ölkədəki real vəziyyəti əks etdirmir.

Nigeriya prezidenti Bola Tinubu bəyan edib ki, Trampın Nigeriyanı dini dözümsüzlük hökm sürən ölkə kimi təqdim etməsi həqiqətə uyğun deyil. O, bununla belə, Abujanın Vaşinqtonla əməkdaşlığı davam etdirmək niyyətində olduğunu vurğulayıb.

Bildirilir ki, 2020-ci ilin yanvarından 2025-ci ilin sentyabrına qədər Nigeriyada təxminən 12 min siyasi motivli hücum baş verib, lakin onların əksəriyyəti dini nifrət zəminində törədilməyib.

Məlumata görə, ölkənin mərkəzi bölgələrində müsəlmanlarla xristianlar arasında toqquşmalar olsa da, bu qarşıdurmaların əsas səbəbi kənd təsərrüfatı torpaqlarına və su ehtiyatlarına çıxışın məhdudluğu ilə bağlıdır.

Nuriyyə NATİQQIZI

Seçilən
71
1
redaktor.az

2Mənbələr