AZ

Faktoloji və ideoloji əsaslar: AXCP ilə Müsavat siyasi səhnədən niyə getməlidir?

Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə həbs olunması onun formalaşdırdığı “beşinci kolon”un zərərsizləşdirilməsini də aktuallaşdırıb. Bu şəbəkənin təkcə dövlət strukturlarında deyil, bütövlükdə ölkənin siyasi seqmentində “osminoq” effekti ilə fəaliyyət göstərdiyi bəllidir.

2019-cu ildə Mehdiyev və komandasının əsas üzvlərinin PA-dan uzaqlaşdırılması ilə “beşinci kolon”un sıradan çıxarılması istiqamətində irəliləyişlər əldə olundu. Hazırda açılan cinayət işləri, aparılan istintaq da prosesin tərkib hissəsidir. Hərçənd, bu, “osminoq”un bir qolunun kəsilməsi kimi qəbul edilə bilər. Digər qolların uzandığı siyasi sferada da təmizləmələrə ehtiyac var. Bu kontekstdə AXCP və Müsavatın siyasi səhnədən silinməsinin gündəmə gəlməsi təsadüfi deyil. Çünki “beşinci kolon”un siyasi sferadakı əsas qollarını bu qüvvələr təşkil edir.

AXCP-Müsavat partiyalarının siyasi səhnədən uzaqlaşdırılmasını zəruri edən faktoloji və ideoloji əsaslar mövcuddur.

Faktoloji əsaslar

Ramiz Mehdiyevin siyasi müxalifətin bu qrupları – AXCP və Müsavatla gizli əməkdaşlığı artıq bəllidir. Çevriliş planı üçün hazırlanan “Dövlət şurası” adlı qurumda AXCP sədri Əli Kərimli və eyni düşərgənin digər üzvlərinin də yer alması bunu bir daha təsdiq etdi. Əslində 2019-cu ilə qədər Mehdiyev və radikal müxalifət gizli təmaslarla ölkənin siyasi gündəmini idarə edir, qarşılıqlı “pas” ötürmələri ilə həm dövlət təhlükəsizliyinə təhdidlər, həm də ideoloji boşluqlar yaradırdı. 2019-cu ildə Mehdiyev və komandasının vəzifədən uzaqlaşdırılmasından sonra radikal müxalifətin gündəmdən düşməsi bu gizli ittifaqı ifşa etdi. Mehdiyevlə gizli ittifaqda yer alan AXCP-Müsavat Şimaldan dəstək aldıqları kimi, müxtəlif kanallarla Qərbdən də dəstək alıblar. Bununla bağlı açıq mənbələrdə kifayət qədər məlumatlar mövcuddur. Faktlar göstərir ki, hər iki partiya siyasi fəaliyyəti boyunca xarici ölkələrin Azərbaycana qarşı planlarında yer alıb.

Seçilən
44
3
publika.az

4Mənbələr