AZ

Elton Məmmədov 3 milyonu ödəmək üçün nələrini satıb? – SİYAHI

Adı son günlər Ramiz Mehdiyev işində və AMEA-da 3 milyonluq cinayətdə hallanan keçmiş deputat,hazırda AMEA-nın Sosial Xidmətlər Şöbəsinin müdiri olan Elton Məmmədov ətrafında söz-söhbət bitmir.

NOCOMMENT.az bildirir ki, bundan öncə Baş Prokurorluğun yaydığı rəsmi xəbərdə Elton Məmmədovun vurduğu 3 milyon manatın onun tərəfindən ödənildiyi barədə məlumat verilmişdi.

Oxu24.com-un özəl mənbədən əldə etdiyi xəbərə görə,Elton Məmmədov qeyd olunan pulu ödəmək üçün olan-qalan hər şeyini satıb.Mənbə onu da bildirib ki, 3 milyonu ödəmək Elton Məmmədova heç də asan olmayıb.

Belə ki,o,Novxanı qəsəbəsindəki dəbdəbəli bağ evini,3 ədəd son model avtomobili, “20 Yanvar” metrosu ətrafında yerləşən kafesini,“MAİN” Yaşayış Kompleksində beş ədəd 2 və 3 otaqlı mənzilləri,böyük sahəyə malik avtoqarajı,Həsən Əliyev küçəsində,keçmiş “Tramvay Parkı”nın yerində yerləşən özünəməxsus şirkətin inşa etdiyi hündürmərtəbəli binadakı iki mənzili dəyər-dəyməzinə satıb.

Xatırladaq ki, Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.Qardaşların ikisi də dövlətə xəyanət və başqa ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri,AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin sadiq adamları olduğu bildirilir.

Seçilən
16
4
nocomment.az

10Mənbələr