AZ

Antalyada Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunun açılışı keçirilib

Bakı.Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Diasporla İşüzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə noyabrın 3-də TürkiyəninAntalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumununaçılış mərasimi keçirilib.

Trend xəbərverir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli,Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, MilliMəclisin sədr müavini Rafael Hüseynov, Azərbaycanın Türkiyədəkisəfiri Rəşad Məmmədov, Milli Məclisin Mədəniyyət komitəsinin sədriXalq artisti Polad Bülbüloğlu, Azərbaycan Bəstəkarlar İttifaqınınsədri Xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasınınrektoru Xalq artisti Fərhad Bədəlbəyli, o cümlədən Azərbaycandan vəbir sıra ölkələrdən tanınmış mədəniyyət xadimi soydaşlarımız vədigər qonaqlar iştirak edirlər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçənVətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yadolunub.

Sonra “Qarabağda mədəniyyətin dirçəlişi” adlı videoçarx nümayişetdirilib.

Açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli bildiribki, Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu ölkəmizin mədənidiplomatiyasının inkişafında mühüm mərhələ hesab olunur. Butəşəbbüs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vəbirinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevatərəfindən mədəniyyətin və milli kimliyin qorunması, eləcə də onunbeynəlxalq müstəvidə tanıdılması istiqamətində həyata keçirilənuzaqgörən siyasətin məntiqi davamıdır.

Nazir deyib ki, tariximizə qızıl hərflərlə yazılmış 44 günlükVətən müharibəsində şanlı Zəfərimizin 5-ci ildönümü ərəfəsindəkeçirilən forumun məqsədi mədəniyyət elçiləri və onların şəbəkəsivasitəsilə mədəniyyətimizin beynəlxalq səviyyədə mütəşəkkiltəbliği, xaricdə yaşayan mədəniyyət xadimlərinin fəaliyyətininstimullaşdırılması, incəsənət və yaradıcılıq sahələrinin inkişafınaəlavə dəstəyin verilməsidir. Xaricdəki Azərbaycan Mədəniyyətmərkəzləri və Azərbaycan evlərinin daha sıx əməkdaşlığına nailolunması da forumun əsas hədəfidir.

Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovçıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin diasporstrategiyası Prezident İlham Əliyevin siyasi hakimiyyəti dövründədaha da inkişaf etdirilərək yeni mərhələyə yüksəldilib. Dövlətimizbu gün xaricdə yaşayan hər bir azərbaycanlının fəaliyyətinistimullaşdırır. Xarici ölkələrdəki mədəniyyət xadimlərimiz də öznövbəsində mədəni diplomatiyaya töhfələrini verir, Azərbaycanıuğurla təmsil edirlər.
Milli Məclisin sədr müavini Rafael Hüseynov, AzərbaycanınTürkiyədəki səfiri Rəşad Məmmədov, Milli Məclisin Mədəniyyətkomitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu və forumun Təşkilatkomitəsinin sədri Xalq artisti Cahangir Novruzov da çıxış edərəkforumun əhəmiyyətini yüksək qiymətləndiriblər.

Daha sonra Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliğinətöhfə verən incəsənət nümayəndələri təltif edilib və birgə xatirəfotosu çəkdirilib.

Bildirək ki, Azərbaycan Respublikasının TürkiyəRespublikasındakı Səfirliyinin dəstəyi ilə reallaşan forum noyabrın5-dək davam edəcək. Forum çərçivəsində yaradıcılıq təqdimatları,mədəniyyət layihələrinin nümayişi, plenar müzakirələr, eləcə dəmədəni əməkdaşlıq protokollarının imzalanması nəzərdə tutulur.Tədbir gedişində həmçinin Azərbaycan musiqisi, teatr və rəqs sənətiəsasında maraqlı bədii proqramlar da təqdim olunacaq.

Seçilən
70
2
az.trend.az

5Mənbələr