AZ

Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?

Tiktokda heyvanlara yardım videoları ilə tanınan bloger Sevil Qasımova Xırdalanda küçə itlərinə dərman vermək istədiyi zaman yerli sakinlərin etirazı ilə qarşılaşıb.

XəzərNews.azxəbər verir ki, bloger bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, xəstə və qotur itlərə yardım məqsədilə əraziyə getsə də, sakinlər buna imkan verməyiblər:

“Xəstə, qotur itlərdir, dərman verməyə gəlmişəm. Bütün Xırdalan camaatı ayağa qalxıb, hərəsi bir pəncərədən qışqırır. Özləri dərman vermirlər, məni də qoymurlar. Deyirlər, itlər xəstədir”, – deyə o bildirib.

Paylaşılan görüntülərdə sakinlərin bloqerə qarşı çıxaraq “kim narahatdırsa, aparsın evində saxlasın” kimi fikirlər səsləndirdiyi əks olunub.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Xəbər 2 dəfə oxunub.
Seçilən
83
xezernews.az

1Mənbələr