AZ

İspaniya kralı VI Felipe Çinə rəsmi səfər edəcək

İspaniya kralı VI Felipe noyabrın 10-dan 13-dək Çinə rəsmi səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq məlumat verib.

Onun sözlərinə görə, səfər Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə baş tutacaq.

“Səfər Kral VI Felipenin taxta çıxdıqdan sonra Çinə ilk rəsmi səfəri olacaq. Bu, həmçinin İspaniya kralının 18 ildən sonra Çinə ilk səfəridir və böyük əhəmiyyət kəsb edir”, – Mao Ninq bildirib.

Səfər çərçivəsində İspaniya kralının Çin sədri Si Cinpin və Baş nazir Li Çyan ilə görüşləri nəzərdə tutulur. Görüşlərdə ikitərəfli münasibətlərin inkişafı, eləcə də beynəlxalq və regional məsələlər müzakirə olunacaq.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
54
missiya.az

1Mənbələr