AZ

"İnci Kredo Kredit İttifaqı"nın lisenziyası ləğv olunub

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "İnci Kredo Kredit İttifaqı" MMC-nin lisenziyası ləğv olunub.

Bu barədə tənzimləyici qurum xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 35-ə düşüb.

Xatırladaq ki, "İnci Kredo Kredit İttifaqı" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,5 min manatdır. Kredit ittifaqı Bakıda fəaliyyət göstərib.

Seçilən
29
banco.az

1Mənbələr