AZ

İsraildə qadın general həbs olunub

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az İsrailin “Kan” tele-radio şirkətinin məlumatına istinadən xəbər verir ki, general xanım bu ittihamlar üzrə dindiriləcək. “Noyabrın 3-nə keçən gecə polis keçmiş Baş Hərbi prokuror İfat Tomer-Yeruşalmini həbs edib. Tomer-Yeruşalmi ədalətə mane olmaqda və etimadın pozulmasında şübhəli bilinir. Bu axşam onun dindirilməsindən sonra həbs müddətinin uzadılıb-uzadılmaması ilə bağlı qərar veriləcək”, - məlumatda deyilir. Xanım general oktyabrın 31-də Sde-Teyman hərbi həbsxanasından video-materialın mediaya sızdırılmasında əli olması şübhəsi ilə məzuniyyətə buraxıldıqdan sonra istefa verib. Tomer-Yeruşalmi sızmaya görə məsuliyyəti boynuna alıb və materialların mediada yayılmasına razılıq verdiyini bildirib. Sde-Teyman həbsxanasında çəkilmiş video-material 2025-ci ilin avqustunda İsrail televiziyasının “12-ci kanalı” tərəfindən yayımlanıb. İddiaya görə, kamera “Koax 100” bölməsinin mühafizəçilərinin Qəzza zolağında saxlanılan yaraqlıya qarşı zorakılığını qeydə alıb. - Hadisə 2024-cü il iyulun 5-də baş verib. “Kanal 12”-nin yayımladığı video-material müxtəlif günlərdə baş vermiş bir neçə hadisənin kadrlarının montajıdır. Lakin bu, saxtalaşdırılmış material deyil”, - İsrailin “Ynet” nəşri vurğulayır. Tomer-Yeruşalminin sözlərinə görə, o, hüquq-mühafizə orqanlarına təzyiqləri dayandırmaq və həbs edilmiş əsgərlərə qarşı şübhələrin əsaslı olduğunu nümayiş etdirmək üçün İsrail mediasında video fraqmentlər yaymaq qərarına gəlib. Video-materialın sızmasından və şübhəli əsgərlərin həbsindən sonra fəallar istintaqa etiraz üçün Sde-Teyman bazasına basqın ediblər. İsrailin Müdafiə naziri İsrael Kats Tomer-Yeruşalminin vəzifəində bərpa olunmayacağını və sızma ilə bağlı araşdırmanın davam etdiyini açıqlayıb. Maraqlıdır ki, noyabrın 2-də İsrail mediası İfat Tomer-Yeruşalminin avtomobilinin Təl-Əvivin şimalındakı “Kliff” çimərliyi yaxınlığında tapıldığını bildirib. Hətta sabiq Baş Hərbi prokurot tərəfindən yazdığı ehtimal olunan məktub da aşkarlanıb. ÇAXAL-ın sözçüsü isə, general-mayorun “xəbərsiz itkin düşmüş” kimi siyahıya alındığını deyib. Lakin bir müddət sonra İsrail polisinin mətbuat xidməti Tomer-Yeruşalminin sağ-salamat tapıldığını açıqlayıb. “Kan Bet” radiosu isə onun sağ olduğunu polisə xəbər verən əri ilə əlaqə saxladığını bildirib. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
1
azvision.az

2Mənbələr