AZ

Aİ işçilərin 8,2 faizi yoxsulluq riski ilə ÜZLƏŞİB

Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqında (Aİ) işçilərin 8,2 faizi yoxsulluq riski ilə üzləşib.

Hafta.az Aİ-nin Statistika İdarəsinə (Eurostat) istinadla xəbər verir ki, bu barədə Avropada əhalinin gündəlik həyatı barədə məlumatları əhatəli şəkildə təqdim edən “Avropada yaşayış şəraiti üzrə əsas göstəricilər” hesabatında bildirilib. Nəşr gəlir bölgüsü və bərabərsizlikdən tutmuş ev təsərrüfatları, iş intensivliyi, uşaqlara qulluq, sağlamlıq, əlillik və ayrı-seçkilik mövzularına qədər ətraflı məlumat təqdim edir. Yoxsulluq riski təkcə aşağı iş intensivliyinə malik ev təsərrüfatlarında yaşayan insanlara və ya işsiz şəxslərə təsir etmir.

Ötən il 18 yaş və yuxarı, işlədiyini bildirən AB vətəndaşlarının 8,2 faizi yoxsulluq riski altında olub. Bu göstərici qadınlarda 7,3, kişilərdə isə 9 faiz təşkil edib. Aİ ölkələri arasında işləyən, lakin yoxsulluq riski altında olan insanlar baxımından ən yüksək pay Lüksemburqda (13,4 faiz), ən aşağı isə Finlandiyada (2,8 faiz) olub.

Ümumiyyətlə, 22 Aİ ölkəsində işləyib yoxsulluq riski altında olan kişilərin payı qadınlardan yüksək olub. Ən böyük fərq Rumıniyada (8,1 faiz) qeydə alınıb. Almaniyada kişilər və qadınlar arasında bu göstərici eyni olub, Çexiya, Latviya, Kipr və Lüksemburqda isə qadınlar üzrə göstərici kişilərlə müqayisədə daha yüksək olub.

Seçilən
20
2
hafta.az

3Mənbələr