AZ

Xamenei: ABŞ İsraili dəstəklədiyi müddətcə onunla əməkdaşlıq mümkün deyil

ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton İsraili dəstəkləməyə və Yaxın Şərqə müdaxilə etməyə davam etdikcə İran və ABŞ arasında əməkdaşlıq mümkün deyil.

Xalqcebhesi.az xəbər verir ki, bunu İslam Respublikasının ali dini lideri Əli Xamenei deyib.

O, 1979-cu ildə Tehranda ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümünü qeyd edən tələbələrlə görüşündə deyib: "Amerikanın lənətlənmiş sionist rejimə (İsrail nəzərdə tutulur) davamlı dəstəyini, həmçinin Amerika hərbi bazalarının mövcudluğunu və regionun işlərinə qarışmasını nəzərə alsaq, ABŞ-ın İranla əməkdaşlığı mümkün deyil".

Xamneyinin sözlərinə görə, Tehranla Vaşinqton arasındakı bütün ziddiyyətlərin kökündə “Amerikaya ölüm” şüarından qaynaqlandığını düşünmək sadəlövhlükdür. "İran İslam Respublikası ilə ABŞ arasındakı fikir ayrılıqları fundamental fikir ayrılıqları və iki cərəyan arasında maraqların toqquşmasıdır", - deyə o əlavə edib.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
1
icma.az

2Mənbələr