AZ

"Pul qazanmalıyıq" - Tramp

Aylar əvvəl Ukraynadakı müharibəni 24 saat ərzində bitirəcəyini iddia edən ABŞ prezidenti Donald Tramp bir neçə ay ərzində Ukrayna münaqişəsinin həllinə nail ola biləcəyini bildirib.

"Unikal" xəbər verir ki, ABŞ liderinin sözləri xarici KİV-də dərc olunub. 

"Düşünürəm ki, bəli, bir neçə ay ərzində bacararıq", - deyə o qeyd edib. 

O, yüksək tariflər təhlükəsindən müharibə edən tərəflərlə arqument kimi istifadə edərək bir sıra beynəlxalq münaqişələri həll edə bildiyini qeyd edib: "Mən dedim ki, mübarizəni dayandırmasanız, mən sizin hər iki ölkəyə tariflər tətbiq edəcəyəm və siz Amerika ilə iş görə bilməyəcəksiniz. Bu, Putin üçün də keçərlidir.

Düşünürəm ki, o, həqiqətən ABŞ ilə iş görmək istəyir. Mən buna fərqli yanaşdım, çünki biz Rusiya ilə çox iş görmürük. O, bizdən çox şey alan adamlardan deyil. Və məncə, bu, onun xoşuna gələcək. O, bizimlə biznes qurmaq və Rusiya üçün çoxlu pul qazanmaq istəyir və bu, əladır. Müharibə müharibədir, amma biz pul qazanmalıyıq". 

Ağarza Elçinoğlu 

Seçilən
13
29
unikal.az

10Mənbələr