AZ

Fırtına konsert səhnəsini dağıtdı: ölən və 40 yaralı var – VİDEO

Braziliyada güclü fırtına açıq havada keçirilən konsertin səhnəsinin uçmasına səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, saniyələr içində baş verən çökmə nəticəsində 1 nəfər ölüb, 40 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları və yanğınsöndürənlər göndərilib.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Səlahiyyətlilər bölgədə kəskin hava şəraitinin bir neçə gün davam edə biləcəyi barədə xəbərdarlıq edib.

Seçilən
53
nocomment.az

1Mənbələr