Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Misli Premyer Liqasında oktyabr ayının ən yaxşı qolu adına namizədlər açıqlanıb.
QOL.az xəbər verir ki, namizədlər sırasında 5 qol yer alıb.
"5-liy"ə Kahim Parris ("Sabah"), Aleksa Yankoviç ("Sumqayıt"), Ba-Muaka Simakala ("Araz-Naxçıvan"), Alexandro Serrano ("Turan Tovuz") və Luiz Fernando Silvestr Juniorun ("İmişli") vurduğu qollar daxil olub.
Bu qollardan biri xüsusi seçilmiş 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.
Oktyabr ayının ən yaxşı 5 qolunun videosunu təqdim edirik.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.