AZ

Gənc tarzən beynəlxalq müsabiqənin ən yüksək mükafatını qazanıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 3 noyabr, AZƏRTAC

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Talanttar Alemi” çoxjanrlı beynəlxalq yaradıcılıq müsabiqəsi keçirilib. Azərbaycan və Qazaxıstandan iştirakçıların olduğu müsabiqə “Xoreoqrafiya. Teatr sənəti”, “İnstrumental ifaçılıq – fortepiano, dombra, skripka, tar, fleyta, qarmon”, “Xor dirijorluğu. Estrada vokalı” və “Təsviri və dekorativ-tətbiqi sənət” nominasiyalarını əhatə edib. Münsiflər heyətində hər iki ölkədən tanınmış sənətçi-mütəxəssislər yer alıblar.

Sumqayıt Musiqi Kollecinin məzunu tarzən Fərid İmranlı “İnstrumental ifaçılıq” nominasiyasında uğurla çıxış edərək Qran-priyə layiq görülüb.

Bu barədə AZƏRTAC məlumat verən gənc tarzən deyib ki, müsabiqədə Həsən Rzayevin “Çahargah” rapsodiyasını səsləndirib.

Gənc tarzəni fortepianoda konsertmeyster Sevinc Süleymanova müşayiət edib.

Qeyd edək ki, müsabiqənin təşkilatçısı “Talant Studio” yaradıcılıq mərkəzinin təsisçisi Bakıtqul Delmanovadır (Qazaxıstan).

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
azertag.az

1Mənbələr